Amerikalı sprinter antidopinq qaydalarını pozduğu üçün yarışlardan diskvalifikasiya edilib
Amerikalı sprinter Kristian Koulman antidopinq qaydalarını pozduğu üçün iki il müddətinə cəzalandırılıb.

Bu barədə müstəqil atletika qurumu - Athletics Integrity Unit (AIU) məlumat yayıb.

Məlumatda bildirilir ki, 24 yaşlı idmançı 12 ay ərzində - 2019-cu il yanvarın 16-da, aprelin 26-da və dekabrın 9-da dopinq testlərini buraxdığı üçün diskvalifikasiya edilib.
İdmançının diskvalifikasiyası 2022-ci il mayın 13-dək hesablanır. Kristian Koulman 30 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Amerikalı sprinter 100 metr və 4x100 metr məsafəyə estafet yarışlarında 2019-cu ildə dünya çempionatının qalibi olub. 2017-ci ildə isə dünya birinciliklərində iki gümüş medal qazanıb. 2018-ci ilin fevralında 60 metrlik məsafəyə qaçışda dünya rekordunu müəyyənləşdirib.

Xəbər 403 dəfə oxundu.