“Neftçi”nin futbolçusu Mamadu Kane ilk dəfə Qvineya yığmasına çağırılıb
Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya millisinin heyəti açıqlanıb.

Milliyə dəvət alan 22 futbolçu arasında “Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane də var.

2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.

Xəbər 392 dəfə oxundu.