“Paris-2024”: Beşnövçülük üzrə yarışların yeni formatının təsdiqlənməsi planlaşdırılır
Beynəlxalq Müasir Pentatlon İttifaqının (UIPM) İcraiyyə Komitəsi “Paris-2024”də keçirilməsi planlaşdırılan beşnövçülük üzrə yarışların yeni formatını təsdiqləməyə qərar verib.

Bu barədə UIPM-in mətbuat xidməti məlumat yayıb.

Yeni formata görə, yarış 90 dəqiqə davam edəcək. Bunun 20 dəqiqəsi konkur, 10 dəqiqəsi üzgüçülük, hər biri 15 dəqiqə olmaqla qılıncoynatma, qaçış və atıcılıq yarışları olacaq.

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi dekabrın 7-də keçiriləcək iclasda UIPM-in yarış formatının dəyişdirilməsi ilə bağlı müraciətinə baxacaq.

Xəbər 377 dəfə oxundu.