“Red Bull Racing”: Maks Ferstappenin Ermənistan fonduna ianə etməsi barədə məlumatlar həqiqətə uyğun deyil
Ermənilərin tarixən öz xislətlərinə uyğun olaraq yaydıqları daha bir yalanın üstü açılıb. Bir neçə gün əvvəl Ermənistan mətbuatında Formula 1 üzrə dünya çempionatında çıxış edən “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin guya erməni hərbi qulluqçularının sığorta fonduna ianə etməsi ilə bağlı yazılar dərc olunmuşdu.

Komanda rəhbərliyi bu məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. Klub rəhbərliyinin açıqlamasında M.Ferstappenin bu fondu heç tanımadığı və hər hansı ianə etmədiyini təsdiqləyə biləcəkləri bildirilib.

Xəbər 433 dəfə oxundu.