Azərbaycanın U-17 millisi yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivədə yoxlama oyunu keçirib.

“Sabah”ın 19 yaşlı futbolçulardan ibarət komandası ilə qarşılaşan yığmamız 3:1 hesablı qələbə qazanıb.

Ege Bilselin dubl etdiyi oyunda U-17-nin digər qolunu Ayxan Süleymanlı vurub.

Xəbər 410 dəfə oxundu.