Gimnastlarımız Avropa çempionatının favoritləri sırasında yer alıblar
Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.

Çoxnövçülük yarışlarında qızıl medallara iddiaçılar arasında Azərbaycan idmançıları da yer alıb.

Arzu Cəlilova və Zöhrə Ağamirovanın qalib olmaq şansları yüksək qiymətləndirilib.

Onlarla yanaşı, Alina Xarnasko və Anastasiya Salos (Belarus), Katrin Tasayeva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Agiurcukuleze və Milena Baldassarri (İtaliya), Viktoriya Onopriyenko və Valdu Nikolçenko (Ukrayna) kimi gimnastlar da favoritlər sırasında göstəriliblər.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 26-29-da keçiriləcək. Azərbaycan millisinin yarışda 11 gimnastla təmsil olunacağı gözlənilir.

Xəbər 438 dəfə oxundu.