AFFA “Qarabağ”ın müdafiəçisini cəzalandırıb
AFFA İntizam Komitəsi “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədovu bir oyunluq cəzalandırıb.

Buna müdafiəçinin ölkə çempionatının VII turda “Zirə” ilə qolsuz başa çatan görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. Klub isə 200 manat məbləğində cərimə olunub.

“Sabah” və “Sumqayıt”a isə 800 manat məbləğində cəza kəsib. “Sabah”ın 5 oyunçusu “Sumqayıt”a doğma meydanda 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görüb. “Sumqayıt”ın isə 4 üzvü həmin qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Xəbər 435 dəfə oxundu.