İtaliya klubunda 21 futbolçu koronavirusa yoluxub
İtaliyanın “Recina” futbol klubunda 27 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.

İnfeksiyaya yoluxanlardan 21-i futbolçu, 2-si baş məşqçi və onun köməkçisi, 4-ü isə klubun digər əməkdaşlarıdır.

Qeyd edək ki, Peşəkar Liqanın yüksək divizionunda mübarizə aparan klub çempionatın növbəti turunda “Çittadella” ilə matçın təxirə salınması üçün federasiyaya müraciət edib.

Xəbər 377 dəfə oxundu.