“Keşlə”nin futbolçusu Vüsal İsgəndərli ölkə çempionatında 100-cü oyununu keçirib
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turu Vüsal İsgəndərli üçün yubileylə əlamətdar olub.

“Keşlə”nin futbolçusu ölkə çempionatında 100-cü oyununu keçirib. Bu yubiley “Neftçi” ilə ev matçına (0:1) təsadüf edib. Premyer Liqada 2014/2015-ci il mövsümündə debüt edən futbolçu 100 oyunda 11 qol vurub. O, indiyədək “Simurq”da 1, “Zirə”də 59 (6 qol), “Keşlə”də 40 (5 qol) görüşə çıxıb.

Qeyd edək ki, futbolçunun debütü 2015-ci il mayın 28-də keçirilən “Xəzər Lənkəran”–“Simurq” görüşündə (0:0) gerçəkləşib.

Xəbər 476 dəfə oxundu.