“Zirə” klubu Riçard Almeyda ilə müqavilə imzalayıb
Bakının “Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi Braziliya əsilli milliləşmiş yarımmüdafiəçi Riçard Almeyda ilə anlaşıb.

Otuz bir yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə “Qarabağ”ın formasını geyinib. O, həmçinin Braziliyanın “Sante Andrade”, Portuqaliyanın “Jil Visente”, Qazaxıstanın “Astana” və Küveytin “Baniyas” klublarında çıxış edib.

Xəbər 738 dəfə oxundu.