“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb
“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb. Bu, yeddinci turun “Sabah”la qarşılaşmasına təsadüf edib.

Ayxan Abbasovun yetirmələri “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəliblər. Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.

Öz meydanında uduzan “Sabah” isə 15-ci ev məğlubiyyətini alıb. Bu, 26-cı görüşə təsadüf edib. Bakılılar evdə 6 qələbə qazanıb və 5 dəfə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, “Sumqayıt” 2011/2012-ci, “Sabah” 2018/2019-cu il mövsümündən Premyer Liqada mübarizə aparır.

Xəbər 420 dəfə oxundu.