Luis Hamilton Portuqaliya Qran-Prisini də qazandı
23-25 oktyabr tarixlərində Portuqaliyanın Portimau trasında Formula 1 dünya çempionatının 12-ci mərhələsi keçirilib.

66 dövrəlik yarışın yekununda yenə Luis Hamilton birinci olub. “Mersedes”in britaniyalı pilotu bununla da karyerasında 92-ci qələbəsini qazanaraq, yeddiqat dünya çempionu Mixael Şumaxerin rekordunu qırıb. Onun komanda yoldaşı finlandiyalı pilot Valtteri Bottas ikinci, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen üçüncü yeri tutub.

Pilotların siyahısına 256 xalla “Mercedes”in pilotu Luis Hamilton başçılıq edir.
“Mercedes”in digər sürücüsü Valtteri Bottas 179 xalla ikinci, “Red Bull”-dan Maks Ferstappen isə 162 xalla üçüncü pillədə qərarlaşıb.

Komandalar yarışında “Mersedes” 435 xalla birinci, “Red Bull” 226 xalla ikinci, “Racing Point” komandası “McLaren” komandasını 2 xal geridə qoyaraq, 126 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, Formula 1-in növbəti mərhələsi 31 oktyabr-1 noyabr tarixlərində Emiliya-Romanya şəhərinin İmola trasında təşkil olunacaq.


Xəbər 398 dəfə oxundu.