“Böyük dəbilqə” turnirində daha bir cüdoçumuz bürünc medal qazanıb
Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu yarış günündə Azərbaycan komandası daha bir medal əldə edib.

Cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) ilk görüşündə qazaxıstanlı Farux Bulekoluv, daha sonra niderlandlı Smink Cesperi məğlub etsə də sonrakı mərhələdə rusiyalı cüdoçu Mixail İqolnikova məğlub olub. Bürünc medal uğrunda niderlandlı Noel Van T End ilə qarşılaşmadan qalib ayrılan idmançımız üçüncü yeri tutub.

Qeyd edək ki, turnirin birinci və ikinci yarış günlərində yığma komandamızın üzvləri Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıblar.
Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb. Yarışda 61 ölkədən 405 idmançı iştirak edib.

Xəbər 451 dəfə oxundu.