Azərbaycanın daha dörd cüdoçusu “Böyük dəbilqə” turnirində mübarizəyə başlayır
Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov Monqolustan təmsilçisi Anxjaya Lavjarqal ilə qarşılaşacaq. Bu çəki dərəcəsində mübarizə aparan Telman Vəliyev isə Yunanıstan idmançısı Georgios Azoidis ilə üz-üzə gələcək. Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Hidayət Heydərov bolqarıstanlı İvaylo İvanov, Murad Fətiyev isə braziliyalı Gilerme Şmidt ilə güclərini sınayacaqlar.

Turnirin birinci günündə yığma komandamızın üzvü Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.

Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

Xəbər 455 dəfə oxundu.