“Verder Bremen”in bir futbolçusu koronavirusa yoluxub
Bundesliqa təmsilçisi “Verder Bremen”in bir futbolçusu koronavirusa yoluxub.

Adı açıqlanmayan oyunçunun koronavirus testi müsbət çıxıb. Digər oyunçularda isə koronavirus aşkarlanmayıb.

Testi müsbət çıxan şəxsin yaxşı olduğu və karantinə alındığı bildirilib. Klubun tibbi heyətinin qərarına əsasən, cümə günü növbəti testin nəticəsi açıqlananadək bütün futbolçular və məşqçi heyəti karantində olacaq.

Qeyd edək ki, “Verder” Bundesliqanın 5-ci turunda oktyabrın 25-də “Hoffenhaym”ı qəbul edəcək.

Xəbər 422 dəfə oxundu.