Çempionlar Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Luka Modriçin Ukraynanın “Şaxtyor” klubu ilə görüşdəki dəqiq zərbəsi ilk turun ən yaxşısı seçilib.

Xorvatiyalı yarımmüdafiəçi 54-cü dəqiqədə 24 metr məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, qarşılaşma “Real Madrid”in 2:3 hesablı məğlubiyyəti ilə bitib.

Xəbər 391 dəfə oxundu.