Kinqsli Koman UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib
Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

24 yaşlı vinger evdə İspaniya “Atletiko”sunu 4:0 hesabı ilə məğlub etdikləri görüşdə dubl edib.

Qeyd edək ki, Çempionlar Liqasında həftənin ən yaxşısı adına “Şaxtyor”dan Tete, “Yuventus”dan Alvaro Morata və “Leyptsiq”dən Anxelinyo da namizəd idi.

Xəbər 424 dəfə oxundu.