Cüdoçumuz Orxan Səfərov “Böyük dəbilqə” turnirində yarımfinala yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Yarışın birinci günündə cüdoçularımızdan Orxan Səfərov (66 kq) niderlandlı İvo Verhorstert, gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gələrək yarımfinala vəsiqə qazanıb. Cüdoçumuz yarımfinalda rusiyalı Yakob Şamilov ilə döyüşəcək.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 17 cüdoçu ilə qatılıb. Yarış Tokio Olimpiadasına reytinq xalları qazandırır.

Xəbər 442 dəfə oxundu.