“Qarabağ”ın rəqibi yeni transferini açıqlayıb
Ağdamın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İsrailin “Makkabi” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Təl-Əviv təmsilçisi Tanzaniyanın “Azam” komandasından Novatus Disması transfer edib.

N.Dismas Tanzaniyanın U-21 yığmasının üzvüdür.

Qeyd edək ki, “Makkabi” qrup mərhələsindəki ilk matçında “Qarabağ”ı minimal hesabla məğlub edib - 1:0.

Xəbər 403 dəfə oxundu.