Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ilk matçını keçirib
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçirilən "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" matçı başa çatıb.

Görüş meydan sahiblərinin 1:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolun müəllifi 10-cu dəqiqədə Yonaten Kohen olub.

Qrupun digər oyununda “Villareal” (İspaniya) öz meydanında “Sivaspor”u (Türkiyə) məğlub edib - 5:3.

Xəbər 403 dəfə oxundu.