Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş mini futbol turniri keçirilib
Oktyabrın 22-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda Azərbaycan ordusunun torpaqlarımızın bütövlüyü uğrunda əldə etdiyi qələbələrə həsr olunmuş mini futbol turniri keçirilib.

Yekun nəticələrə görə, birinci yerə “Şuşa”, ikinciyə “Zəngilan”, üçüncüyə “Xocalı” komandası layiq görülüb.

Qaliblərin mükafatlandırılma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun müdiri Samir Salehov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.

Xəbər 609 dəfə oxundu.