Apelyasiya Arbitraj Tribunalı “Zirə”nin apelyasiya şikayətini təmin edib
Apelyasiya Arbitraj Tribunalı “Zirə” futbol klubunun apelyasiya şikayətini təmin edib.

İntizam Komitəsinin oktyabrın 6-da çıxardığı qərar ləğv olunub.

Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının V turunun “Zirə”–“Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi.

Qeyd edək ki, bu görüş “Zirə”nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Xəbər 419 dəfə oxundu.