Azərbaycanın U-19 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
Oktyabrın 23-dən 27-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVID-19 testindən keçiblər.

Hazırlıq prosesinə Yusif İmanov, Rüsəm Samiqullin (hər ikisi “Sabah”), Rza Cəfərov (“Neftçi”), Ümid Səmədov (“Kəpəz”), Şamil Cəfərov (“Səbail”), Şirin Şirinov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Abdulla Rzayev, Nemət Musayev (hər ikisi “Sabah”), Mirəli Əhmədov (“Neftçi”), Nemət Şixamirov (“Qəbələ”), Fərid Yusıfli (“Neftçi”), Elçin Qasımov (“Turan Tovuz”), Camal Cəfərov, Samir Məhərrəmli, Nazim Həsənzadə (hər üçü “Sabah”), Emil Səfərov (“Qəbələ”), Samir Abdullayev, İbrahim Novruzov (hər ikisi “Keşlə”), Gülağa Əsədov və Mehrac Baxşəli (hər ikisi “Qəbələ”) dəvət olunublar.

Qeyd edək ki, “Zirə” klubunun üzvü Cəlal Hüseynov oktyabrın 25-də təlim-məşq toplanışına qoşulacaq.

Xəbər 614 dəfə oxundu.