Karateçilər koronavirusdan yeni qorunma testini təcrübədən keçiriblər
Tokio Olimpiya Oyunları zamanı karate və cüdo yarışlarının keçiriləcəyi “Nippon Budokan” arenasında koronavirus pandemiyası baş verdikdən sonra karate üzrə ilk böyük yarış keçirilib.

1964-cü ildən fəaliyyətdə olan arenada keçirilən yarışlarda 500-dən çox karateçi iştirak edib.

Çətin epidemioloji vəziyyətə görə, idmançılardan yarışlardan kənarda maska taxmaq və ayrıca qoruyucu dəbilqələri koronavirusun yayılmasının qarşısını alan xüsusi polimer ekranlarla tamamlamaq tələb olunub. Turnirin təşkilatçıları və müstəqil mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə, bu qoruyucu ekranlar sparrinq zamanı idmançılarda yoluxma riskini 98 faizə qədər azaldır.

İştirakçıların sayını azaltmaq üçün medallar yalnız kata və kumite növləri üzrə kişilər və qadınlar arasında komanda yarışlarında oynanıb. Bundan əlavə, “Nippon Budokan”a yalnız idmançılar, komanda nümayəndələri və məhdud sayda rəsmi şəxslər qəbul edilib. Sıxlıqdan qorunmaq üçün açılış və bağlanış mərasimləri ləğv edilib.

Xəbər 457 dəfə oxundu.