"Sumqayıt" futbol klubu öz rekordunu yeniləyib
Azərbaycan Premyer Liqasının lideri "Sumqayıt” klubu tarixinin rekorduna imza atıb.

"Gənclik şəhəri”nin təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/2012-ci illər mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamayıb. "Sumqayıt” bunadək startdakı 6 turda 2018/2019-cu illər mövsümündə 10, 2014/2015-ci illər mövsümündə 9 xal qazanıb.

"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov isə Premyer Liqada mövsümün 50-ci qoluna imza atıb. O, "Zirə” ilə ev matçında fərqlənib.

Ümumilikdə, cari mövsümün 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.

Xəbər 429 dəfə oxundu.