Azərbaycanın U-17 millisinin Bakıda təlim-məşq toplanışı olacaq
Oktyabrın 23-dən noyabrın 3-dək Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcəklər.

Hazırlıq prosesinə Sahib Həsənov (“Keşlə”), Xəyal Feyzullayev (“Sumqayıt”), Məmməd Muradov (“Qəbələ”), Tural Mirsultanov (“Səbail”), Vasif Fərəcov (“Qarabağ”), Fariz Xeyrullayev (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Aydın Serkan (“Kocaelispor”, Türkiyə), Rüfət Abbasov (“Neftçi”), Namiq Şəmilov (“Qəbələ”), Rəhman Məmmədov (“Sumqayıt”), İxtiyar Məmiyev, Nuğay Rəşidov (hər ikisi “Qəbələ”), Qurban Səfərov (“Keşlə”), Emil Süleymanov (“Qəbələ”), Elxan Zeynalabdinzadə (“Sabah”), Fərid Kələntərov (“Qəbələ”), Mahmud Ağayev (“Zirə”), Firəddin Abdullayev (“Sabah”), Xəyal Əliyev (“Səbail”), Ağadadaş Salyanski, Elcan Əbilov (hər ikisi “Neftçi”), Nicat Quliyev (“Səbail”), Nəriman Axundzadə (“Qarabağ”), Şahmar Aşurov (“Sabah”), Erkin Kocakahya (“Fraport-Tav Antalyaspor”, Türkiyə), Ayxan Süleymanlı (“Zirə”) və Ege Bilsel (“Fraport-Tav Antalyaspor”, Türkiyə) dəvət olunublar.

Qeyd edək ki, “Zirə” klubunun üzvü Ayxan Süleymanlı oktyabrın 25-də təlim-məşq toplanışına qoşulacaq.

Xəbər 419 dəfə oxundu.