FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən dəfə açıqlanan reytinq cədvəl ilə müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1175 xalla 114-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1752) və Braziliya (1725) qərarlaşıb.

Xəbər 423 dəfə oxundu.