Avroliqada ilk dəfə matçı qadın baş hakim idarə edəcək
Futbol üzrə Avropa Liqasının tarixində bir ilk yaşanıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də baş tutacaq “Lester” (İngiltərə)-“Zarya” (Ukrayna) matçına Stefani Frappar təyin olunub. Siril Mönye və Benjamen Pajes köməkçi hakim, Joan Amel isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Stefani Frappar daha əvvəl 2019-cu ildə “Liverpul” və “Çelsi” (2:2, penaltilərdə 5:4) komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçı da idarə edib.

Xəbər 415 dəfə oxundu.