UEFA Avropa çempionatını ləğv edib
UEFA-nın İcraiyyə Komitəsi 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit və Şimali İrlandiyada keçirilməsi nəzərdə tutulan final mərhələlərini ləğv edib.

Qurumun bu qərarına səbəb kimi Avropada COVID-19 pandemiyasına görə səfərlərlə bağlı çətinliklər göstərilib.
2019/2020-ci il mövsümündə U-19 Avropa çempionatı 2021-ci ilin mayında keçirilməli olan U-20 dünya çempionatına təsnifat xarakteri daşıyırdı. Qitə birinciliyinin ləğvi ilə əlaqədar UEFA Avropaya ayrılan 5 yerin seçmə mərhələnin əmsallar reytinqində ilk 5 yerdə qərarlaşan ölkələr - İngiltərə, Fransa, İtaliya, Niderland və Portuqaliya dünya çempionatına vəsiqə qazanıblar.

Xəbər 434 dəfə oxundu.