Avropa Premyer Liqasını başlatmaq üçün FIFA ilə danışıqlar gedir
“Liverpul” və “Mançester Yunayted” klubları Avropa Premyer Liqasını başlatmaq üçün FIFA ilə danışıqlar aparır.

Avropanın aparıcı klubları ümumi büdcəsi 6 milyard ABŞ dolları olan turniri 2022-ci ildə təşkil etməyi planlaşdırır.
Avropanın əsas 5 liqasından (İngiltərə, Fransa, İtaliya, Almaniya, İspaniya) klublar yarışa qatılmaq istəyənlər sırasındadır.
Qeyd edək ki, turnirdə 18 komandanın iştirakı nəzərdə tutulub.

Xəbər 424 dəfə oxundu.