Millimizin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin birinci dövrəsindəki oyunlarının vaxtı dəqiqləşib.

Gürcüstan, Monteneqro və Yunanıstanla “F” qrupunda mübarizə aparacaq komandamız 2021-ci il yanvarın 7-9-da üç matça çıxacaq.

Birinci dövrənin qarşılaşmaları Gürcüstanda keçiriləcək. Millimiz ardıcıl olaraq Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşacaq.

İkinci dövrənin oyunları isə yanvarın 14-17-də Monteneqroda keçiriləcək.

Xəbər 447 dəfə oxundu.