“Bavariya”nın hücumçusu koronavirusa yoluxub
Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Serj Qnabri koronavirusa yoluxub.

25 yaşlı futbolçunun koronavirus testi müsbət çıxıb və o, evində karantinə alınıb.

Qeyd edək ki, Qnabri cari mövsümdə Bundesliqda 4 matçda 3 qol vurub.

Xəbər 505 dəfə oxundu.