Həbib Nurməhəmmədov Jorj Sen-Pyer ilə döyüşmək istədiyini bildirib | |
Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmadan sonra kiminlə döyüşəcəyini açıqlayıb. Rusiyalı döyüşçü Jorj Sen-Pyer ilə gücünü sınamaq istədiyini bildirib. Bundan əvvəl, o, Konor Makqreqor və Dastin Porye ilə döyüşmək istəmədiyini vurğulamışdı. Kanadalı Jorj Sen-Pyer 2002-ci ildə MMA yarışlarında döyüşlərə başlayıb və karyerası ərzində keçirdiyi 27 döyüşdə cəmi iki dəfə məğlub olub. O, UFC kəmərinin sahibidir. H.Nurməhəmmədovla C.Getji arasında döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq. H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib. |
|
Xəbər 421 dəfə oxundu. |
|
|