“Sumqayıt” sabiq futbolçusuna təklif göndərib
“Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi “Makkabi”dən (Petah-Tikva) ayrılmağa hazırlaşır.

Buna səbəb 30 yaşlı yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığıdır. Bu məsələdən xəbərdar olan “Sumqayıt” klubu isə Ə.Babayevi geri qaytarmaq niyyətindədir. Artıq futbolçuya ilkin təklif də göndərilib. Lakin Ə.Babayev bu təklifə hələ ki cavab verməyib.

Xəbər 539 dəfə oxundu.