Diana Məmmədova millimizin toplanışında iştirak etməyəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Rusiyanın “Yenisey” klubunda çıxış edən futbolçu sonradan milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində COVID-19 testi verən futbolçunun testi neqativ çıxsa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib. Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən D.Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Xatırladaq ki, qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 23-də Polşa, dörd gün sonra isə Çexiya yığması ilə qarşılaşacaq

Xəbər 446 dəfə oxundu.