Çempionlar Liqası: “Yuventus” və “Brügge” səfərdə qələbə qazanıb
Oktyabrın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir.

Turun ilk oyun günü erkən başlayan görüşlərdə İtaliyanın “Yuventus” klubu səfərdə Ukraynanın “Dinamo Kiyev” komandasının qonağı olub.

Görüş italyanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Turin təmsilçisinin hər iki qolunu Alvaro Morata vurub.

Rusiyanın “Zenit” klubu öz meydanında Belçikanın “Brügge” komandasına məğlub olub - 1:2.

Xəbər 356 dəfə oxundu.