Misirli Ezzeldin Bahader dünyanın ən yaşlı futbolçusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb
Yetmiş dörd yaşlı misirli Ezzeldin Bahader dünyanın ən yaşlı futbolçusu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

4 övlada və 6 nəvəyə sahib olan Bahader Misirin 3-cü divizionunda çıxış edən klub ilə müqavilə imzalayıb. Bununla da o, dünyanın ən yaşlı peşəkar futbolçusu adına yiyələnib.

Misirli babanın növbəti hədəfi isə oynayacağı növbəti 90 dəqiqədə qol vurmaqdır.

Xəbər 362 dəfə oxundu.