“Azəryol” komandasının Avropa kuboku yarışlarındakı rəqibi müəyyənləşib
Bakının qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa kuboku yarışlarının 1/16 final mərhələsindəki rəqibi bəlli olub.

Paytaxt təmsilçisi bu raundda Serbiyanın “ZRK Naisa” komandası ilə üz-üzə gələcək.

Bakı klubu ilk sınağına noyabrın 14-də və ya 15-də səfərdə çıxmalıdır. Cavab görüşü isə bir həftə sonra gerçəkləşəcək.

Xəbər 485 dəfə oxundu.