“Qarabağ”ın rəqibi yeni transferini açıqlayıb
İspaniyanın “Vilyarreal” futbol klubu yeni transferi Xuan Foytu ictimaiyyətə təqdim edib.

İngiltərənin “Tottenhem” komandasından icarəyə götürülmüş argentinalı müdafiəçi ilə 2020/2021-ci il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Vilyarreal” UEFA Avropa Liqasının “I” qrupunda “Qarabağ”ın rəqiblərindəndir. Ağdam klubunun “Vilyarreal”la ev oyunu oktyabrın 29-da, səfər matçı dekabrın 10-da baş tutacaq.

Xəbər 366 dəfə oxundu.