Millimizin futbolçusu klubunda ən yaxşı oyunçu seçilib
Futbol üzrə Azərbaycan millisinin və ABŞ-ın “Finiks Rayzinq” klubunun hücumçusu Rüfət Dadaşov USL-in dörddəbir finalında “Reno” ilə qarşılaşmanın (2:2, penaltilər - 5:4) ən yaxşı oyunçusu seçilib.

Forvard həmin matçda fəallığı ilə seçilib. O, oyunsonrası penaltilər seriyasında sonuncu zərbəni dəqiq yerinə yetirərək, komandasını növbəti mərhələyə yüksəldib.

Xatırladaq ki, “Finiks Rayzinq” yarımfinalda “El-Paso” ilə qarşılaşacaq. Matç oktyabrın 25-də keçiriləcək.

Xəbər 367 dəfə oxundu.