Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb
Məktəblilər arasında şahmat üzrə onlayn dünya çempionatında ilk mükafatçılar müəyyənləşib.

U-14 yaş kateqoriyasında çıxış edən təmsilçimiz Riad Səmədov mükafatçılar sırasında yer alıb.

İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız ikinci olub. Təmsilçimiz dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eyni xal toplayıb. Ancaq əlavə göstəricilər İran şahmatçısına qızıl medal qazandırıb.

Xəbər 412 dəfə oxundu.