Aleksandr Boriçiç daha 4 il CEV-ə rəhbərlik edəcək
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti vəzifəsinə seçkilər keçirilib.

Serbiyalı Aleksandr Boriçiç daha 4 il quruma rəhbərlik edəcək. O, konfederasiyanın 41-ci Baş Assambleyası çərçivəsində baş tutan seçkilərdə daha çox səs toplayıb. Qurumun hazırkı prezidenti Avstriya paytaxtı Vyanada keçirilən seçkidə 36 səs yığıb. Onun yeganə rəqibi olan estoniyalı Hanno Pevkura isə 19 federasiya etimad göstərib.

2015-ci ildən CEV-ə rəhbərlik edən serbiyalı ikinci dəfə bu vəzifəyə seçilib.

Qeyd edək ki, A.Boriçiç hazırda Beynəlxalq Voleybol Federasiyasının ikinci icraçı vitse-prezidentidir.

Xəbər 419 dəfə oxundu.