“Neftçi”nin sabiq prezidenti UEFA-dan yeni təyinat alıb
Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Hapoel” (Beer-Şeva, İsrail)-“Slaviya” (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.

Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Xəbər 344 dəfə oxundu.