Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinə start verilir
Oktyabrın 20-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə stat verilir.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

“H” qrupunda yer alan Türkiyənin “Başakşehir” klubu ilk matçında Almaniyanın “Leyptsiq” komandasının qonağı olacaq. Ötən mövsüm Türkiyə Super Liqasının qalibi olan komanda qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debüt edəcək. Bu qrupun digər qarşılaşmasında “Paris Sen-Jermen” Fransada İngiltərənin “Mançester Yunayted” klubunu qəbul edəcək.
“A” qrupunda mübarizə aparan UEFA Avropa Liqasının sonuncu qalibi İspaniyanın “Sevilya” klubu İngiltərənin “Çelsi” komandasını qonağı olacaq.
Günün digər görüşləri aşağıdakılardır:

“E” qrupu
“Çelsi” (İngiltərə) – “Sevilya” (İspaniya),
“Renn” (Fransa) – “Krasnodar” (Rusiya),

“F” qrupu
“Zenit” (Rusiya) – “Brügge” (Belçika),
“Latsio” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya),

“G” qrupu
“Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya),
“Barselona” (İspaniya) – “Ferentsvaroş" (Macarıstan),

“H” qrupu
PSJ (Fransa) – “Mançester Yunayted” (İngiltərə),
“Leyptsiq” (Almaniya) – “Başakşehir” (Türkiyə).

Qeyd edək ki, qrup mərhələsinin digər oyunlar oktyabrın 21-də olacaq.


Xəbər 481 dəfə oxundu.