Futbolçumuzun çıxış etdiyi “Finiks Rayzinq” USL çempionatında uğurlu çıxışını davam etdirir
ABŞ-ın USL çempionatında pley-off mərhələsinin dörddəbir final mərhələsinin qarşılaşmaları keçirilib.

Futbol üzrə Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” səfərdə “Reno” ilə qarşılaşıb. Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib və “Finiks Rayzinq” üstün olaraq, yarımfinala yüksəlib – 5:4.
R.Dadaşov meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında “El Paso” ilə qarşılaşacaq.

Xəbər 465 dəfə oxundu.