“Qarabağ”ın rəqibi “Sivasspor” itki ilə üzləşib
Ağdamın “Qarabağ” klubunun UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyənin “Sivasspor” komandası itki ilə üzləşib.

Komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Super Liqanın V turunun “Kayserispor”la səfər oyununda (3:1) zədələnib.

Topuğundan zədə alan 27 yaşlı futbolçunun 3 həftədən sonra yaşıl meydanlara dönəcəyi bildirilib. Beləliklə, təcrübəli oyunçu Avropa Liqasının üçüncü turunda noyabrın 5-də evdə “Qarabağ”la keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Xəbər 407 dəfə oxundu.