Azərbaycan Voleybol Federasiyasının baş katibi CEV-in İdarə Heyətinə üzv seçilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib.

Bu, Avstriya paytaxtı Vyanada 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.

Səkkiz namizədin iştirak etdiyi ikinci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi istəyinə çatıb. O, həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək, ilk dəfə CEV İdarə Heyətində üzvlüyünü rəsmiləşdirib.

Xəbər 425 dəfə oxundu.