Çexiya Futbol Assosiasiyasının vitse-prezidenti korrupsiya şübhəsi ilə həbs edilib
Çexiya Futbol Assosiasiyasının vitse-prezidenti Roman Berbr korrupsiyada və futbol matçlarının nəticələrinə təsir etməkdə şübhəli bilinir.

Bu barədə Praqa prokurorluğu məlumat yayıb.

R.Berbra ilə yanaşı, korrupsiya şübhəsi ilə daha 18 nəfər həbs olunub.

Qeyd edək ki, R.Berbr 2013-cü ildən qurumun vitse-prezidenti vəzifəsində çalışıb.

Xəbər 470 dəfə oxundu.