Azərbaycan fiqurlu konkisürəni Sankt-Peterbuqrda gümüş medal qazanıb
Sankt-Peterburqda keçirilən fiqurlu konkisürmə üzrə beynəlxalq turnirdə qadınların yarışına yekun vurulub.

Azərbaycan təmsilçisi Yekaterina Ryabova sərbəst proqramda birinci yeri tutub. Lakin iki çıxışın yekununda 184,49 xal toplayan idmançımız gümüş medal ilə kifayətlənib.

Turnirin qalibi adına isə rusiyalı Yelizaveta Nuqumanova sahib olub. O, 187,16 xal toplayıb.

Qeyd edək ki, kişilərin yarışında digər təmsilçimiz Vladimir Litvintsev mübarizə aparır.

Xəbər 394 dəfə oxundu.