Gələn il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər
Formula 1-in 2021-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.

Azsport.az “F1i” nəşrinə istinadla xəbər verir ki, sayca 4-cü olan Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər. Dünya çempionatının birinci yarışının isə Bəhreyndə martın 14-də təşkili nəzərdə tutulub. Melburndakı mərhələ isə oktyabra təxirə salınıb.

Mövsüm dekabrda Abu-Dabi Qran-Prisi ilə başa çatacaq.

Gələnilki mövsümdə dünya çempionatı çərçivəsində ümumilikdə, 22 Qran-Pri - Bəhreyn (14 mart), Vyetnam (28 mart), Çin (11 aprel), Azərbaycan (25 aprel), Niderland (2 may), İspaniya (9 may), Monako (23 may), Kanada (6 iyun), Avstriya (20 iyun), Fransa (27 iyun), Britaniya (11 iyul), Macarıstan (25 iyul), Belçika (29 avqust), İtaliya (5 sentyabr), Rusiya (19 sentyabr), Sinqapur (26 sentyabr), Yaponiya (10 oktyabr), Avstraliya (24 oktyabr), ABŞ (7 noyabr), Meksika (14 noyabr), Səudiyyə Ərəbistanı (28 noyabr), Abu-Dabidə (5 dekabr) yarışları baş tutacaq.

Xəbər 429 dəfə oxundu.